Bank Of Baku

Qənirə Paşayeva Ankarada Beynəlxalq İnsan Haqları Günü ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edib

Qənirə Paşayeva Ankarada Beynəlxalq İnsan Haqları Günü ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edib
# 10 dekabr 2007 15:37 (UTC +04:00)
Dekabrın 9-10-da Türkiyənin paytaxtı Ankarada 10 dekabr - Beynəlxalq İnsan Haqları Günü ilə bağlı “Demokratiyanın insan haqları üzərində təsirləri” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konfransda Türkiyə Böyük Millət Məclisinin, türkdilli toplumların və bir sıra ölkələrin insan hüquqları təşkilatlarının nümayəndələri iştirak edib. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın da qatıldığı toplantıda bir çox məsələlərlə yanaşı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara məhəl qoymaması, beynəlxalq aləmin işğalçıya təzyiq göstərməməsi məsələləri də diqqət mərkəzində olub. İştirakçılara ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar, azərbaycanlıların Ermənistandan deportasiyası, əsir və girov götürülən, geri qaytarılmayan azərbaycanlılar haqqında da məlumat verilib. Q. Paşayeva gələn il ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 90 illiyinin qeyd edilməsi ilə bağlı təklif irəli sürüb. O, dünyadakı türk toplumları tərəfindən hər il Xocalı soyqırımının ildönümlərinin qeyd olunmasının vacibliyini də vurğulayıb. Konfransda qəbul edilən yekun sənəddə Azərbaycan torpaqlarının işğalı nəticəsində həmin ərazilərdə yaşayan Azərbaycan türklərinin hüquqlarının ermənilər tərəfindən kobudcasına pozulduğu qeyd edilib və bu faktın dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR