Bank Of Baku

Azərbaycanın millət vəkili öz torpaqlarına qayıtmış Axısxa türkləri ilə görüşüb

Azərbaycanın millət vəkili öz torpaqlarına qayıtmış Axısxa türkləri ilə görüşüb
# 10 dekabr 2007 16:08 (UTC +04:00)
Bu ailələrdən bir neçəsi Azərbaycandan, əksəriyyəti isə Rusiyadan öz yurduna qayıdıb. Axısxa türklərinin “Vətən” Cəmiyyətinin Bakıdakı və Tiflisdəki ofislərinin rəhbərlərinin dəvəti ilə Azərbaycan-Gürcüstan Parlament Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva tarixi vətənlərinə qayıdan Axısxa türkləri ilə görüşüb. Görüşdə Axısxa türklərinin problemləri ilə bağlı müzakirələr aparılıb. Axısxa türkləri millət vəkilinə problemlərinin həlli, onlara humanitar və mənəvi yardımın göstərilməsi üçün Azərbaycan və Türkiyədən dəstək gözlədiklərini bildiriblər. Q. Paşayeva Axısxa türkləri ilə gələn il yanvarın əvvəllərində yenidən görüşəcəyini deyib. Millət vəkili onu da əlavə edib ki, Beynəlxalq İnsan Haqları günü ilə bağlı Ankarada keçirilən beynəlxalq konfransdakı çıxışında türk dünyasını və Türkiyəni Axısxa türklərinin öz yurdlarına dönməsinə dəstək verməyə çağırıb.
Qeyd edək ki, bu il dekabrın ortalarında Avropa Şurasının və bir neçə beynəlxalq qurumun təşkilatçılığı ilə Axısxa türklərinin öz torpaqlarına qayıtmasının sürətlənməsinə xidmət edəcək tədbirin keçirilməsi də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR