Bank Of Baku

ATƏT DTİHB: “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq irəliləyişlər əldə olunub”

ATƏT DTİHB: “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq irəliləyişlər əldə olunub”
# 10 dekabr 2007 16:45 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ATƏT regionunda hüquq müdafiəçilərinin fəaliyyəti ilə bağlı hesabat açıqlayıb. APA-nın məlumatına görə, hesabatda Azərbaycanla bağlı məqamlar da yer alıb. Sənəddə bildirilir ki, 2006-cı ilin aprelindən bu ilin müvafiq dövrünə qədər Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Bu irəliləyişlər sırasında Ombudsmanın məhbuslarla görüşünə şərait yaradılması, yerli və xarici QHT təmsilçilərinin, hüquq müdafiəçilərinin məhbuslarla görüşünə imkan verilməsi qeyd olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR