Bank Of Baku

Daniel Frid: “Azərbaycan Avropaya qaz nəql edəcək alternativ subyekt kimi strateji əhəmiyyətə malik ölkədir”

Daniel Frid: “Azərbaycan Avropaya qaz nəql edəcək alternativ subyekt kimi strateji əhəmiyyətə malik ölkədir”
# 11 dekabr 2007 07:44 (UTC +04:00)
Vaşinqtonda keçirilən “Azərbaycan-Türkiyə-ABŞ münasibətləri və bu münasibətlərin Avroasiya üçün vacibliyi” mövzusunda beynəlxalq konfransda məruzə edən Daniel Frid bildirib ki, Azərbaycan Avropa qitəsinə qaz nəql edəcək alternativ subyekt kimi strateji əhəmiyyətə malik ölkədir: “Azərbaycanın malik olduğu qaz ehtiyatları Cənubi və Mərkəzi Avropanı Türkiyədən keçməklə Xəzər hövzəsi ilə birləşdirən alternativ qaz kəmərlərinin çəkilməsi üçün kifayət edəcək. Bu kəmərlər bizim Avropadakı bəzi müttəfiqlərimizi qaz nəqlində mövcud olan inhisardan və qapalı investisiya mühitindən xilas edə bilər. Enerji resurslarının istismarı, nəqli, bu sahədə inhisarçı sistemin aradan qaldırılması korrupsiyanın səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Azərbaycan neft və qazla zəngin digər ölkələrin səhvlərini təkrarlamamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR