Bank Of Baku

Masallıda məntəqə seçki komissiyaları sədrləri üçün kurslar keçirilib

Masallıda məntəqə seçki komissiyaları sədrləri üçün kurslar keçirilib
# 11 dekabr 2007 08:59 (UTC +04:00)
Masallıda 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd və 72 saylı Yardımlı-Masallı dairə seçki komissiyaları üzrə fəaliyyət göstərən məntəqələrin sədrləri üçün 3 günlük ixtisaslaşdırılmış tədris kursları keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, 87 seçki məntəqəsi sədrinin qatıldığı tədbirdə Masallı Rayon Məhkəməsinin sədri Cahangir Nəsirovun “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqları, Azərbaycan Respublikasının Seçki Məcəlləsi: əsas anlayış və prinsiplər, seçki hüququnun məhkəmə müdafiəsi”, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyevin “Siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə (referendumda) iştirakının əsasları”, Masallı rayon prokuroru Rizvan Həsənovun “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri” mövzularında mühazirələri dinlənilib. Kurslarda həmçinin Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və nəticələri”, “Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, ”Seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin qarşılıqlı təşkili” mövzularında mühazirələr oxunub və seminarlar təşkil edilib. Tədbir zamanı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR