Bank Of Baku

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyalarının birgə iclasının tarixi dəqiqləşib

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyalarının birgə iclasının tarixi dəqiqləşib
# 11 dekabr 2007 09:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Onun sözlərinə görə, iclasda dövlət sərhədində indiyədək razılaşdırılmamış 3 məntəqə üzrə ekspertlərin gördüyü işlər müzakirə olunacaq. Rusiya ilə sərhədlərin müəyyənləşdirilməsində irəliləyiş olub-olmadığına gəlincə, Q. Məmmədov ekspertlər səviyyəsində müəyyən işlərin həyata keçirildiyini bildirib. Azərbaycan, Gürcüstan və Rusiyanın dövlət sərhədlərinin birləşdiyi ərazidə yerləşən “Stık” adlı sahə ilə bağlı müzakirələrə gəlincə, Q. Məmmədov burada 50-60 hektara yaxın ərazi ilə bağlı danışıqların getdiyini bildirib: “Bununla bağlı komissiyalar səviyyəsində müəyyən ilkin söhbətlər olub. bu məsələni yenidən müzakirə edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR