Bank Of Baku

İsveçdə Avropa Şurasının Bakı və İrəvan siyasi biliklər məktəblərinin birgə seminarı keçiriləcək

İsveçdə Avropa Şurasının Bakı və İrəvan siyasi biliklər məktəblərinin birgə seminarı keçiriləcək
# 11 dekabr 2007 09:42 (UTC +04:00)
Dekabrın 14-15-də İsveçdə Avropa Şurasının Bakı və İrəvan siyasi biliklər məktəblərinin birgə seminarı keçiriləcək. Bu barədə APA-ya seminarda iştirak edəcək millət vəkili Elmira Axundova məlumat verəcək. Qeyd edək ki, Avropa Şurasının siyasi biliklər məktəbləri hazırda Şərqi Avropanın 15 ölkəsində fəaliyyət göstərir. Bu məktəblərin məqsədi Avropa siyasi debatları mədəniyyətinin inkişafına yardım etmək, Avropa məkanında siyasi liderlərin şəbəkəsinin yaradılmasıdır. Seminarda Bakı və İrəvan siyasi biliklər məktəbinin dinləyiciləri, ekspertlər, milli parlamentlərin nümayəndələri iştirak edəcəklər. Analoji seminarlar hər il keçirilir, ötən il keçirilən tədbirdə Rusiya və Gürcüstan təmsilçiləri iştirak ediblər. Azərbaycan və Ermənistan nümayəndələrinin iştirak edəcəyi seminarda sülhməramlı prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu və əhəmiyyəti, qarşılıqlı etimadın yaradılmasında medianın rolu, Azərbaycan və Ermənistanda demokratikləşmə proseslərinin iki ölkə arasında etimad və dialoqun inkişafında baza rolu oynaması, adlı mövzular müzakirə olunacaq. Nümayəndə heyətinə seminarın koordinatoru və Bakı siyasi biliklər məktəbinin direktoru İlqar Məmmədov rəhbərlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR