Bank Of Baku

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirib

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirib
# 11 dekabr 2007 09:53 (UTC +04:00)
Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov H. Əliyevin hakimiyyətə gəlişi, həyata keçirdiyi islahatlar barədə geniş nitq söyləyib. O, çıxışında H. Əliyevin 30 il müddətində Azərbaycana rəhbərlik etdiyini vurğulayıb: “Heydər Əliyev bu haqqı qazanmışdı. Ümummilli liderimizin irəli sürdüyü ideyaların yaşaması onunla bağlıdır ki, bu ideyalarda Azərbaycanın hər bir vətəndaşı öz prinsiplərinin ifadəsini görür”. Milli Məclis sədrinin müavini, YAP icra katibinin müavini Bahar Muradova H. Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda köklü dəyişikliklərin, ölkədə siyasi sabitliyin və iqtisadi inkişafın başlandığını qeyd edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə Azərbaycanın ən yeni tarixinin bir hissəsinin H. Əliyevlə bağlı olduğunu bildirib. 1993-cü ildə ölkədaxili vəziyyətin idarəolunmaz həddə çatdığını deyən Q. Həsənquliyev H. Əliyevin Bakıya gəlməklə, dövlətçiliyi qoruyub saxladığını vurğulayıb.
Anım tədbirində Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, millət vəkili Eldar İbrahimov, keçmiş millət vəkili Həsən Mirzəyev və digərləri H. Əliyevin həyat və fəaliyyəti barədə çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR