Bank Of Baku

Elmira Axundova “Heydər Əliyev: şəxsiyyət və zaman” kitabını təqdim edib

Elmira Axundova “Heydər Əliyev: şəxsiyyət və zaman” kitabını təqdim edib
# 11 dekabr 2007 10:00 (UTC +04:00)
Millət vəkili, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Elmira Axundova Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Şəxsiyyət və zaman” adlı çoxcildli roman-təhqiqatının iki cildinin nəşrinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, müəllif roman-təhqiqatın yazılması ideyası hələ Heydər Əliyevin sağlığında yarandığını və kitabın qəhrəmanı tərəfindən xeyir-dua alındığını deyib. Kitabın birinci nəşri Heydər Əliyevin doğulduğu 1923-cü ildən Azərbaycanın rəhbəri seçildiyi 1969-cu ilədək olan dövrü əhatə edir, ikinci cild Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə baş verən hadisələri əks etdirir. Müəllif bildirib ki, kitab 6 cildən ibarət olacaq. Gələn ilin may ayında işıq üzü görəcək III cild Heydər Əliyevin Moskvada yaşadığı və SSRİ-nin rəhbər vəzifəsində çalışdığı dövrü əhatə edəcək. Kitab Azərbaycan və rus dillərində çap olunub. E. Axundova bildirib ki, kitabı tam bitirdikdən sonra 10 il ərzində Heydər Əliyevin əhatəsində olaraq, onun etdiyi səfərlərin 80 faizində iştirak etdiyi zaman məclislərdə, dostları əhatəsində Heydər Əliyevin etdiyi maraqlı söhbətlər və baş vermiş məzəli əhvalatları “10 il kadr arxasında” adlı kitabda toplayaraq nəşr edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR