Bank Of Baku

İğdır bələdiyyəsi gələn il fevralın 24-də Berlində Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirəcək

İğdır bələdiyyəsi gələn il fevralın 24-də Berlində Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfrans keçirəcək
# 17 dekabr 2007 14:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyənin İğdır bələdiyyəsinin başqanı Nurəddin Aras bildirib ki, rəhbərlik etdiyi bələdiyyə Türkiyənin müxtəlif bölgələrində bir sıra konfranslara təşkilatçılıq edib: “2005 və 2006-cı illərdə İğdır və İstanbulda, 2007-ci ildə isə Hollandiyanın Lahey şəhərində konfranslar keçirdik. Bu toplantıların materialları xarici dillərə tərcümə edilib. İğdır bələdiyyəsinin təşkilatçılığı ilə 2008-ci il fevralının 24-də Berlində beynəlxalq konfrans keçiriləcək. Konfransa hazırlıqla bağlı bütün tədbirlər həyata keçirilib. Şimali Kipr Türk Respublikasının ilk prezidenti Rauf Denktaş da tədbirdə iştirak edəcək. Avropanın bir sıra alim və siyasətçiləri də konfransa dəvət edilib. Ümumiyyətlə, növbəti illərdə belə tədbirlərin Avropanın digər şəhərlərində keçirilməsini planlaşdırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR