Bank Of Baku

Sərdar Cəlaloğlu: “Polşada keçirilən təlimlərin ən mühüm cəhəti iqtidar və müxalifət nümayəndələrinin prosesdə birgə iştirakıdır”

Sərdar Cəlaloğlu: “Polşada keçirilən təlimlərin ən mühüm cəhəti iqtidar və müxalifət nümayəndələrinin prosesdə birgə iştirakıdır”
# 17 dekabr 2007 14:54 (UTC +04:00)
“ABŞ Milli Demokratiya İnstitutunun Polşada Azərbaycanın siyasi partiyaları üçün təşkil etdiyi təlimlərin ən mühüm cəhəti iqtidar və müxalifət nümayəndələrinin bu prosesdə birgə iştirak etməsidir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, bu fakt Azərbaycanda siyasi mədəniyyətin inkşafına müsbət təsir edəcək: “Keçirilən təlimdə koalisiyaların yaradılması, siyasi təmərküzləşmə, demokratiyaya keçiddə partiyaların fəaliyyət istiqamətləri mövzusunda məsləhətləşmələr oldu. Biz Polşanın “Vətəndaş Platforması”, “Hüquq və Ədalət” partiyaları və Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə görüşdük. Bu görüşlər Polşa seçki sistemini öyrənmək və seçki öncəsi koalisiya yaratmaq baxımından bizim üçün çox əhəmiyyətli oldu”.
Qeyd edək ki, təlimlərdə YAP, Müsavat, AXCP, ADP və Ümid partiyalarının nümayəndələri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR