Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 17 dekabr 2007 15:27 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda dekabrın 26-da keçirilməsi nəzərdə tutulan IV Qarabağ Forumuna hazırlıqla bağlı məsələ müzakirə edilib. Forumda əməkdaşlığa qərar verən bir sıra partiyaların Qarabağ probleminin həlli, 2008-ci il prezident seçkilərinin demokratikləşməsinin təmin olunmasında səylərin birləşdirilməsi və əməkdaşlıq formatının prinsiplərinə dair saziş imzalanacaq. SŞ-nın toplantıda ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətlərini pisləyən bəyanat da qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR