Bank Of Baku

AŞ PA-nın yanvar sessiyası çərçivəsində siyasi məhbus məsələləri üzrə Azərbaycana xüsusi məruzəçinin təyin olunması məsələsinə baxılacaq

AŞ PA-nın yanvar sessiyası çərçivəsində siyasi məhbus məsələləri üzrə Azərbaycana xüsusi məruzəçinin təyin olunması məsələsinə baxılacaq
# 17 dekabr 2007 15:31 (UTC +04:00)
AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel APA-ya eksklüziv açıqlamasında bildirib ki, onun da üzvü olduğu AŞ PA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin bu günlərdə Venesiyada keçirilmiş iclasında Azərbaycana siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi qaldırılıb: “Təklif AŞ PA-nın bürosuna təqdim olunacaq və sessiya çərçivəsində baxılacaq”.
Qeyd edək ki, AŞ PA-nın britaniyalı deputatı Malkolm Bryus 2005-ci ilə kimi siyasi məhbuslar üzrə xüsusi məruzəçi olub. Avropa Şurası bu məsələnin Azərbaycanda qismən həll olunduğunu bildirərək, siyasi məhbuslar məsələsini Monitorinq Komitəsinin həmməruzəçilərinə həvalə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR