Bank Of Baku

Aleksandr Yakovenko: “Azərbaycan-Rusiya sərhədində mübahisəli üç sahədən ikisi üzrə razılaşma əldə etməyə real imkan var” - EKSKLÜZİV

Aleksandr Yakovenko: “Azərbaycan-Rusiya sərhədində mübahisəli üç sahədən ikisi üzrə razılaşma əldə etməyə real imkan var” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 18 dekabr 2007 08:16 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən Aleksandr Yakovenko bildirib ki, səfərdə məqsəd sabah işinə başlayacaq komissiyanın işində iştirak etməkdir. O, sərhəd xəttində mübahisəli ərazilər üzrə tərəflərin mövqelərinin yaxınlaşmaqda olduğunu bildirib: “Hazırda qarşılıqlı anlaşma üçün gözəl şanslar var, sərhədlərin dəqiqləşməsi ilə bağlı bir çox məsələlərdə Azərbaycan və Rusiyanın mövqeləri çox yaxınlaşıb. Hələlik sərhəd xəttində üç razılaşdırılmamış sahə qalıb, onlardan ikisi üzrə razılıq əldə etmək üçün real imkan var. Ən çətin sahə dənizə bitişik olan sahədir, amma bu sahə ilə bağlı da konstruktiv dialoqa ümid edirik”. Aleksandr Yakovenko iki ölkənin sərhədlərinin delimitasiyası ilə bağlı prosesin gedişindən razı qaldığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR