Bank Of Baku

Azərbaycanın millət vəkili Fəzail Ağamalıya verilən töhmət qüvvəsini itirib

Azərbaycanın millət vəkili Fəzail Ağamalıya verilən töhmət qüvvəsini itirib
# 18 dekabr 2007 09:13 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən F. Ağamalı bildirib ki, töhmətin qüvvədən düşməsi ilə bağlı Milli Məclisin sədri, nizam-intizam komissiyasının sədri və hüquqşünaslarla danışıq aparıb: “Mənə bildirdilər ki, verilən töhmətin müddəti 6 aydır. Müddət başa çatdığından, töhmət də qüvvədən düşüb. Buna görə töhmətin komissiyada ləğv olunması məsələsini gündəmə gətirməyə ehtiyac yoxdur. Həmin sənəd artıq parlamentin arxivindədir”.
Qeyd edək ki, bu ilin martında F. Ağamalı ilə sabiq millət vəkili Hüseyn Abdullayev arasında baş vermiş insident nəticəsində hər iki şəxs cəzalandırılıb. F. Ağamalıya töhmət verilib, H, Abdullayevin isə millət vəkili toxunulmazlığı ləğv olunub və o, məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan şərti məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR