Bank Of Baku

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərlə bağlı rəy AŞ PA Bürosuna göndəriləcək

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərlə bağlı rəy AŞ PA Bürosuna göndəriləcək
# 18 dekabr 2007 09:50 (UTC +04:00)
Alt Komitədən APA-ya verilən məlumata görə, müsahibə zamanı namizədlərə onların peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə müxtəlif suallar verilib. Müsahibə tam konfidensial şəraitdə keçib. Alt Komitə müsahibənin yekunu kimi hakimliyə namizədlər haqqında rəy hazırlayaraq AŞ PA Bürosuna təqdim edəcək. Qurumdan bildiriblər ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək şəxsin kimliyini AŞ PA müəyyənləşdirəcək, Hakimlərin Seçilməsi üzrə Alt Komitə isə yalnız namizədlər haqqında rəy verir. Keçirilən müsahibədə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimi postuna namizəd göstərilmiş üç hakim - Xanlar Hacıyev, Rəşad Həsənov, Aygün Abdullayeva iştirak ediblər. Onlardan biri Azərbaycanı AİHM-də təmsil etmək hüququ qazanacaq. Qeyd edək ki, bir müddət əvvəl AŞ PA Bürosu Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər siyahısının geri qaytarılması barədə qərar qəbul edib. Həmin qərarda Azərbaycandan olan namizədlərin bərabər imkanları prinsipinin pozulduğu qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR