Bank Of Baku

Azərbaycan və Belarus arasında 2008-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

Azərbaycan və Belarus arasında 2008-ci il üçün  İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb
# 18 dekabr 2007 09:56 (UTC +04:00)
Görüş əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Azərbaycanın müdafiə naziri bildirib ki, ölkəmiz Belarusla siyasi, iqtisadi və müdafiə sahələrində uğurlu əməkdaşlıq edir. Nazir müdafiə sahəsində əməkdaşlığın həm ikitərəfli, həm də MDB Müdafiə Nazirləri Şurası çərçivəsində davam etdirildiyini qeyd edib. Öz növbəsində, Belarusun müdafiə naziri ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etməsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib. Görüşdə ikitərəfli hərbi əlaqələrin istiqamətləri, əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Sonda müdafiə nazirləri 2008-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planını imzalayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR