Bank Of Baku

“Ermənistan-Azərbaycan münaqişəsi: hərbi konfliktlərin həllində gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

“Ermənistan-Azərbaycan münaqişəsi: hərbi konfliktlərin həllində gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
# 18 dekabr 2007 10:22 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Azərbaycan ərazisində 80-ə yaxın müxtəlif millətlərin və milli etnik azlıqların nümayəndələri yaşayır, onların hamısı bərabərhüquqlu vətəndaşdır və müstəqil Azərbaycan Respublikasının inkişafında, demokratik cəmiyyətin qurulmasında, ərazi bütövlüyünün qorunmasında fəal iştirak edirlər: “Azərbaycandakı bu tolerantlıq və milli həmrəylik bütün dövlətlərə nümunə ola bilər”. Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov isə deyib ki, hazırda 4354 Azərbaycan vətəndaşı itkin düşmüş sayılır: “Onların bir çoxunun ermənilər tərəfindən girov götürüldüyünün şahidləri var. Ancaq Ermənistan onun ərazisində girovların olmadığını bildirir”. Qrup rəhbəri indiyədək 1393 nəfərin erməni girovluğundan azad olunduğunu söyləyib. Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar və Xarici Siyasətin Planlaşdırılması İdarəsinin rəisi Tofiq Musayev, idarənin əməkdaşı Kamalə İmranlı və Təhlükəsizlik Problemləri İdarəsinin rəis müavini Qalib İsrafilov Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, Azərbaycanda ermənilərin yerləşdirilməsi və indiki Ermənistandan azərbaycanlıların deportasiyası tarixi barədə iştirakçılara geniş məlumat veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR