Bank Of Baku

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən kurslar dekabrın 26-da başa çatacaq

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən kurslar dekabrın 26-da başa çatacaq
# 18 dekabr 2007 10:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki Komissiyalarının (DSK) üzvləri, məntəqə seçki komissiyalarının sədrləri üçün keçirdiyi kurslar dekabrın 26-da yekunlaşacaq. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 125 DSK-nın böyük əksəriyyətində belə kurslar başa çatıb və iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. Kurs müddətində iştirakçılara seçki prosedurları, səsvermənin gedişi zamanı atılan addımlar, qanunla nəzərdə tutulan vəzifələr izah edilib, rayon məhkəmələrinin sədrləri və prokurorlarla görüşlər təşkil olunub. Kurslarda seçki üzrə mütəxəsislər müvafiq müzhazirələrlə çıxış ediblər. Hazırda cəmi 12 DSK-nın ərazisində kurslar keçirilməyib. Qeyd edək ki, kurslar dekabrın 2-dən başlayıb. Bundan əvvəl isə DSK-ların sədrləri üçün müvafiq kurslar təşkil edilmişdi. Bu tədbirlər ölkə prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası məqsədi ilə həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR