Bank Of Baku

İran azərbaycanlılarının həbsdə olan fəallarına ailə üzvləri ilə görüş verilib

İran azərbaycanlılarının həbsdə olan fəallarına ailə üzvləri ilə görüş verilib
# 18 dekabr 2007 11:49 (UTC +04:00)
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları, hazırda həbsdə olan Səid Mətinpur, Cəlil Qənilu, Leyli Heydəri və Bəhruz Səfəriyə ailə üzvləri ilə görüş verilib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səid Mətinpurun həyat yoldaşı Ətayyə Tahiri dekabrın 17-də Tehranın “Evin” həbsxanasında məhbuslarla görüşdüklərini bildirib. Ə. Tahiri deyib ki, 7 aylıq fasilədən sonra həyat yoldaşını görə bilib və onun səhhətinin pisləşdiyinin şahidi olub. O, həyat yoldaşının xeyli çəki itirdiyini, hətta saçlarının töküldüyünü söyləyib. Ə. Tahiri Səid Mətinpur, Cəlil Qənilu, Leyli Heydəri və Bəhruz Səfərinin həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərə məruz qaldıqlarını da əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR