Bank Of Baku

ABŞ Konqresi 2008-ci ildə Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə göstəriləcək yardımın miqdarını azaldıb

ABŞ Konqresi 2008-ci ildə Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə göstəriləcək yardımın miqdarını azaldıb
# 18 dekabr 2007 11:50 (UTC +04:00)
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, ABŞ gələn il Ermənistana 58,5 milyon, qondarma “Dağlıq Qarabağ Respublikası”na isə 3 milyon dollar yardım göstərəcək ki, bu da ötən ilki məbləğdən azdır. Bundan başqa ABŞ gələn il Gürcüstana 50,5 milyon dollar, Azərbaycana isə 19 milyon dollar yardım ayıracaq. Nümayəndələr Palatasının iyunun 12-də hazırladığı büdcə layihəsində Ermənistana 68 milyon, “Dağlıq Qarabağ Respublikası”na isə 6 milyon dollar yardım ayrılması nəzərdə tutulurdu. Bundan başqa layihədə Azərbaycan və Ermənistana 3,5 milyon dollar hərbi yardım göstərilməsi barədə qeyd var. Lakin Senatın təsdiqlədiyi qanun layihəsində Ermənistana cəmi 59 milyon dollar yardım göstəriləcəyi qeyd edilib, “DQR”ə maddi kömək və Azərbaycanla Ermənistana hərbi yardım haqqında heç bir müddəa olmayıb. Amerika Erməni Milli Şurası gələn il Ermənistan və “Dağlıq Qarabağ Respublikası”na ayrılacaq yardımların miqdarının azalmasına etiraz edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR