Bank Of Baku

“İrəli” Ümumrespublika Gənclər Hərəkatı “İlhamla irəli” aksiyası keçirəcək

“İrəli” Ümumrespublika Gənclər Hərəkatı “İlhamla irəli” aksiyası keçirəcək
# 18 dekabr 2007 12:06 (UTC +04:00)
“İrəli” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə dekabrın 20-də “İlhamla irəli” aksiyası başlayacaq. Hərəkatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 24-nə kimi davam edəcək aksiya çərçivəsində dekabrın 23-də “Sevgi ilə irəli” şüarı altında tədlbirlərin keçirilməsi də planlaşdırılıb. Həmin gün Azərbaycan prospektivndə yerləşən evlərin eyvanlarından Azərbaycan bayraqları asılacaq, saat 16.00-dan başlayaraq iki istiqamətdən dənizkənarı Milli Parkda olan “Saat qülləsi”nin yanından və Fəxri Xiyabandan Bakı İdman Sarayına doğru kiçik qruplarla yürüş keçiriləcək. Sarayda isə “Sevgi ilə irəli” şüarı altında mədəni-kütləvi tədbir təşkil ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR