Bank Of Baku

Azərbaycan müxalifəti Qarabağa dair yeni təkliflərdə milli maraqlara zidd məqamların olduğunu bildirir

Azərbaycan müxalifəti Qarabağa dair yeni təkliflərdə milli maraqlara zidd məqamların olduğunu bildirir
# 18 dekabr 2007 12:47 (UTC +04:00)
Bu gün Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və Azərbaycan Naminə İctimai Forumun liderləri arasında növbəti görüş keçirilib. ADP sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflər müzakirə edilib. “Beşlər” Madriddə həmsədr ölkələrin tərəflərə təqdim etdiyi təkliflərdə Azərbaycanın maraqlarına zidd məqamların olduğunu bildiriblər. Müxalifət liderləri hesab edir ki, Qarabağ problemi daha ciddi səviyyədə, Qara dəniz-Xəzər regionlarının təhlükəsizliyi çərçivəsində həll olunmalıdır: “Bu münaqişə regiondakı bütün məsələlərə təsir edir. Ona görə də problemin həllində regionda yerləşən digər dövlətlər də maraqlı olmalıdır”. İclasda Azərbaycanda insan haqlarının durumu da müzakirə edilib və həbsdə olan siyasi məhbusların, jurnalistlərin azadlığa buraxılması vacib sayılıb. Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasının nəzərdə tutulduğunu xatırladan partiya rəhbərləri avropalı deputatlara müraciət göndərməyə hazırlaşır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR