Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının iclası keçirilib

“Azadlıq” bloku Sədrlər Şurasının iclası keçirilib
# 18 dekabr 2007 14:21 (UTC +04:00)
Bu gün “Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda 2007-ci ilin yekunları müzakirə edilib. İclasda KİV-in problemlərinə diqqət yetirilib, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdən azad olunması ilə bağlı atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb: “Qənimət Zahidin hüquqlarını müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanır. Bu istiqamətdə işlərin davam etməsi nəzərdə tutulur. Həmçinin KİV-in problemlərinin həlli ilə bağlı yaradılan komitənin işləri barədə müzakirə aparıldı. Belə düşünürük ki, komitə bir qədər fəal olmalı və kütləvi tədbirlərin keçirilməsinə nail olmağı bacarmalıdır. Blok olaraq özümüz də bu istiqamətdə addımlar atacağıq”. Ə. Əliyev blok üzvlərinin dekabrın 22-nə təyin olunmuş aksiyada iştirak edəcəyini də bildirib. İclasda 2008-ci ildə keçiriləcək prezident seçkiləri də müzakirə olunub: “Seçkilərlə bağlı baxışlar yenidən müzakirə edildi, nələrin gözlənildiyi barədə proqnozlara diqqət yetirildi, mövqeyimizi bir daha dəyərləndirdik və Seçki Məcəlləsinin dəyişməyəcəyi halda, seçkilərdə iştirak etməməklə bağlı mövqenin haqlı olduğu qənaətindəyik. Həmçinin növbəti ilin Azərbaycan üçün dəyişikliklər ili ola biləcəyini düşünürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR