Bank Of Baku

Elmar Məmmədyarov: “Gürcüstanın sabitliyi və inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”

Elmar Məmmədyarov: “Gürcüstanın sabitliyi və inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
# 18 dekabr 2007 15:24 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin on beş illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyindən məmnunluğunu bildirən qonaq, Gürcüstan və Azərbaycan arasında mövcud münasibətlərin məhsuldar qonşuluq əlaqələrinin bariz nümunəsi olduğunu qeyd edib, bu əməkdaşlığı intensiv şəkildə inkişaf etdirməyi zəruri sayıb. Nazir E. Məmmədyarov da iki dövlət arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin hazırkı səviyyəsini yüksək qiymətləndirib, ikitərəfli səviyyədə mövcud əməkdaşlıqla yanaşı, çoxtərəfli əsasda əlaqələrin effektivliyini vurğulayıb. Danışıqlar zamanı GUAM təşkilatı daxilində qarşılıqlı anlaşma, təşkilatın artan nüfuzu, digər dövlətlərlə yaranmış dialoq, o cümlədən GUAM-Yaponiya, GUAM-ABŞ birbaşa dialoqu, Baltikyanı ölkələrin daxil olduğu “GUAM-ın dostları” qrupu ilə bağlı aparılan işlər yüksək qiymətləndirilib. Gürcüstandakı cari siyasi proseslərə münasibət bildirən nazir E. Məmmədyarov Azərbaycan üçün Gürcüstanın sabitliyi və inkişafının mühüm əhəmiyyət daşıdığını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR