Bank Of Baku

Elmar Məmmədyarov: “Həmsədrlərin Madriddə bizə təqdim etdiyi yeni sənəd üzərində işləyirik”

Elmar Məmmədyarov: “Həmsədrlərin Madriddə bizə təqdim etdiyi yeni sənəd üzərində işləyirik”
# 18 dekabr 2007 18:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib. O, yalnız sülhə nail olduqdan sonra xalq diplomatiyasının prosesə müsbət təsir göstərə biləcəyini vurğulayıb. Nazir iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində danışıqlar aparılmasında heç bir problem görmədiyini deyib. E. Məmmədyarov Madriddə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə tərəflərə münaqişənin nizamlanmasına dair yeni sənəd təqdim etdiklərini bildirib: “Madriddə həmsədrlər bizə yeni sənəd təqdim etdilər. Hazırda bu sənəd üzərində işləyirik. Sənəddə yeni təkliflər olmasa da, bəzi təzə məqamlar var. Bu sənədi normal hesab edirik, təbii ki, bəzi iradlarımız var. Amma sənəd üzərində işləməyə hazırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR