Bank Of Baku

ABŞ Ermənistana ayırdığı yardımların miqdarını azaldır

ABŞ Ermənistana ayırdığı yardımların miqdarını azaldır
# 19 dekabr 2007 08:47 (UTC +04:00)
Sənəddə Azadlığa Dəstək Aktı çərçivəsində Azərbaycana 18 milyon dollar, Ermənistana isə 35 milyon dolların ayrılması nəzərdə tutulmuşdu. Eyni zamanda separatçı Dağlıq Qarabağa rejiminə hər hansı bir vəsaitin verilməsi qeyd edilməmişdi”. Bu sözləri APA-nın ABŞ bürosuna açıqlamasında Azərbaycanın Vaşinqtondakı səfirliyinin məsul əməkdaşı Rəmzi Teymurov deyib. Onun sözlərinə görə, Konqresin Nümayəndələr Palatası Ağ Evin yolladığı büdcə sənədinə dəyişiklik edərək, Ermənistana planlaşdırılan yardımdan təxminən iki dəfə artıq vəsaitin - 68 milyon dolların verilməsini tələb edib, əlavə olaraq Aşağı Palatanın üzvləri Dağlıq Qarabağa 6 milyon dollarlıq köməyin göstərilməsini də xahiş ediblər: “Büdcə layihəsi oktyabrda Senatda müzakirə olunanda isə bu palatanın üzvləri Nümayəndələr Palatasından fərqli olaraq, yenidən Ermənistana ayrılan vəsaitin 38, Azərbaycana ayrılan yardımın isə 22 milyon olmasını tələb etdilər. Həmçinin Senatda müzakirə olunan sənəddə Dağlıq Qarabağa yardımın ayrılması barədə konkret rəqəm göstərilməmişdi”. R. Teymurov bildirib ki, Konqresin iki palatası arasında ümumilikdə qanun layihəsi ilə bağlı yaranın fikir ayrılığını nəzərə alaraq, Ali Qanunvericilik orqanın təsisatlar komitələri üzvlərindən ibarət konfrans təşkil edilib. Konfransın yekun qərarına əsasən, 2008-ci ildə Azərbaycana 19 milyon dollar, Ermənistana isə 38 milyon dollar yardımın verilməsi təsbit olunub. Bundan başqa, Dağlıq Qarabağa ayrılacaq yardımın məbləği iki dəfə azaldılıb. R. Teymurovun sözlərinə görə, gələn il Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə ayrılacaq yardımın iki dəfə azalması Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə yerli diaspor təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olub. Belə ki, məlum qanun layihəsi ilə bağlı Konqresdə fevral ayından bəri aparılan müzakirələr zamanı konqresmenlər və onların köməkçiləri ilə görüşlər keçirilib. Diaspor üzvləri isə öz konqresmenlərinə məktubla müraciət edərək Azərbaycanın maraqlarını nəzərə almağı xahiş ediblər.
Amerika erməniləri də Konqresin Nümayəndələr Palatasının qərarından narazılıqlarını gizlətməyiblər. Amerikanın Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian bəyan edib ki, Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistanın az yardım alması problem yaradacaq. Ermənilər gələn il Dağlıq Qarabağa Nümayəndələr Palatasının tələb etdiyi məbləğdən 2 dəfə az - 3 milyon dollar ayrılmasından da ciddi narahatlıq keçirirlər.
2008-ci il dövlət büdcəsi barədə qanun layihəsi ilə bağlı yaxın günlərdə Senatda səsvermə olmalıdır. Daha sonra sənəd imzalanmaq üçün prezident Corc Buşa göndəriləcək.
Qeyd etmək lazımdır ki, Ermənistan 2008-ci ildə Minilliyin Çağırışı proqramı çərçivəsində də nəzərdə tutulandan az yardım alacaq. Buna səbəb Konqresin Nümayəndələr Palatasının həmin proqrama yalnız 1.55 milyard dollar ayırmasıdır. Baxmayaraq ki, Ağ Ev adı çəkilən proqrama 3 milyard dollar ayrılmasını xahiş etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR