Bank Of Baku

Bakıda Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlar başlayıb

Bakıda Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlar başlayıb
# 19 dekabr 2007 11:29 (UTC +04:00)
Açılışda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, iki ölkənin münasibətləri uğurla inkişaf edir: “Siyasi dialoq aktivləşib. İqtisadi, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı münasibətlər güclənir, ticarət dövriyyəsində artım tendensiyası müşahidə olunur”. X. Xələfov iki ölkə sərhəd xəttinin 95 faizindən çoxunun razılaşdırıldığını deyib: “Danışıqların məhsuldar olacağına və razılıq əldə edəcəyimizə ümid bəsləyirəm”. Nazir müavini hökumətlərarası komissiyanın bu yaxınlarda Moskvada keçirilmiş yığıncağında da delimitasiya məsələsinin müzakirə olunduğunu söyləyib. Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko bu il delimitasiya prosesinin çox uğurlu getdiyini bəyan edib: “Komissiyanın üç, ekspertlərin isə dörd görüşü keçirilib”. A. Yakovenko da Bakı danışıqlarında razılıq əldə olunacağına ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR