Bank Of Baku

Sergey Yastrjembski: “Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın təklifi masada qalır”

Sergey Yastrjembski: “Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın təklifi masada qalır”
# 19 dekabr 2007 09:59 (UTC +04:00)
Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın təklifi danışıqlar masasında qalır. APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin Avropa Birliyi ilə münasibətlərin inkişafı məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Yastrjembski “RİA Novosti” agentliyində keçirilən Moskva-Varşava videokörpüsündə çıxışında deyib. O bildirib ki, Polşa, Çexiya və digər NATO ölkələri raket hücumundan müdafiə ilə bağlı Rusiya-ABŞ danışıqlarından kənarda qalmamalıdır. Diplomat deyib ki, Rusiyanın təkliflərinin mahiyyəti potensial raket təhlükələrinin müəyyənləşdirilməsində və qərarların qəbulunda koordinasiyalı şəkildə fəaliyyət göstərməkdən ibarətdir: “Təhlükələrin Rusiya ilə Qərb arasında münasibətlərin qırılmasına yox, yeni əməkdaşlıq sistemlərinin yaranmasına gətirib çıxarması vacibdir. Ərazilərimizin bilavasitə yaxınlığında bizi nəzərə almadan hərəkət etmək isə təbii ki, Rusiyaya potensial təhlükə deməkdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR