Bank Of Baku

Əbulfəs Qarayev: “Azərbaycan vətəndaşlarının Ermənistanda keçirilən “Azərbaycan həftəsi”ndə iştirakı düşünülməmiş addımdır”

Əbulfəs Qarayev: “Azərbaycan vətəndaşlarının Ermənistanda keçirilən “Azərbaycan həftəsi”ndə iştirakı düşünülməmiş addımdır”
# 19 dekabr 2007 10:48 (UTC +04:00)
O, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığını, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün olduğunu xatırladıb. Nazir bu cür tədbirlər keçirmək barədə ideya və təşəbbüslərin həmişə Ermənistan tərəfindən irəli sürüldüyünə diqqət çəkib: “Belə təşəbbüslər yalnız bir məqsədə xidmət edir: ermənilər dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya xalqlar arasında heç bir problem yoxdur, biz dostluq edirik, problem siyasətçilərdədir və tamamilə başqa bir mühit formalaşdırmaq lazımdır. Amma Azərbaycan xalqı heç vaxt bu mühitə uya bilməz. Torpaqlarımız qaytarılana kimi biz işğalçı ölkənin nümayəndələri ilə ciddi müzakirələr aparmağa, qarşılıqlı münasibətlər qurmağa hazır deyilik. Bu, o demək deyil ki, mən Ermənistanın naziri ilə görüşmürəm, hansısa beynəlxalq tədbirlərdə ermənilərlə ünsiyyətdə olmuram. Biz beynəlxalq ailənin üzvləriyik və istər-istəməz tədbirlərdə qarşılaşırıq. Amma hələlik ciddi, qarşılıqlı, ikitərəfli ünsiyyət qurulması haqqında danışmaq düzgün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR