Bank Of Baku

Azərbaycanın baş naziri Belarusun müdafiə nazirini qəbul edib

Azərbaycanın baş naziri Belarusun müdafiə nazirini qəbul edib
# 19 dekabr 2007 10:55 (UTC +04:00)
Azərbaycanın baş naziri Artur Rasi-zadə Bakıda səfərdə olan Belarusun müdafiə naziri Leonid Maltsevi qəbul edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə qeyd edilib ki, son illər regionda iqtisadi sıçrayışla inkişaf etməkdə olan Azərbaycanla böyük sənaye potensialına malik Belarus arasında ikitərəfli faydalı əməkdaşlığın bütün sahələr üzrə, o cümlədən, müdafiə nazirlikləri arasında da davam etdirilməsi günün tələbidir. Bu baxımdan hər iki dövlətin müdafiə nazirlikləri arasında 2008-ci il üçün Əməkdaşlıq Planının imzalanması müsbət dəyərləndirilib və qeyd olunub ki, maddi-texniki təminat, hərbi-texniki və hərbi-elmi fəaliyyət, rabitə və digər sahələrdə əməkdaşlığı davam etdirmək faydalı olacaq. Qəbulda iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin müdafiə sahələri üzrə də geniş əməkdaşlıq potensialının olduğu nəzərə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan tərəflər yekdilliklə vurğulayıblar ki, işğal altında qalan torpaqların azad edilməsi və bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həlli vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR