Bank Of Baku

AMİP-in apellyasiya şikayəti təmin olunmayıb

AMİP-in apellyasiya şikayəti təmin olunmayıb
# 19 dekabr 2007 11:18 (UTC +04:00)
Apellyasiya Məhkəməsi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Səbayel Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən iclasda partiyanın irəli sürdüyü dəlillər əsassız sayılıb və Səbayel Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Partiyanın vəkili Əli Ələkbərov cavabdeh tərəf olan Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət qaldırsa da, hakim bu vəsatəti təmin etməyib. Partiya məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək. Qeyd edək ki, BŞİH-ə qarşı Səbayel Rayon Məhkəməsində qaldırılan iddia məhkəmənin 22 oktyabr tarixli qərarı ilə təmin edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR