Bank Of Baku

Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyev partiya yaradır

Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyev partiya yaradır
# 19 dekabr 2007 11:19 (UTC +04:00)
Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyev bu gün Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, F. Əliyev bildirib ki, namizədliyini irəli sürməkdə məqsədi prezident seçilmək yox, azərbaycanlıların fəallaşmasına çalışmaq olub. O, buna nail olduğunu, 40-a yaxın azərbaycanlının həbsdən buraxılması və azərbaycanlıların yaşadığı əraziyə qaz verilməsi barədə hökumətlə razılıq əldə etdiyini söyləyib: “Mən Borçalıda yaşayan 500 min azərbaycanlının, həmçinin gürcülərin, abxazların, ukraynalıların səsini ala bilərdim. Üç partiya mənim namizədliyimi müdafiə etmişdi. Amma buna baxmayaraq, azərbaycanlının Gürcüstanda prezident seçilməsinin mümkün olmadığını dərk edirdim. Bilirdim ki, axıra qədər namizəd olsam, tərəfdarlarım ciddi təzyiqlərə məruz qalacaq, azərbaycanlılar üçün problemlər yaradılacaq. Ona görə də parlament seçkilərinə daha güclü hazırlaşmaq, siyasi partiya yaratmaq üçün namizədliyimi geri götürdüm”. F. Əliyev partiya quruculuğuna hakimiyyətinin maneçilik yaratmayacağı barədə təminat aldığını da deyib: “Biz partiyanı ona görə yaradırıq ki, Gürcüstan hakimiyyətini azərbaycanlıların problemlərinə diqqətlə yanaşmağa məcbur edə bilək”. Gələn il yanvarın 5-də keçiriləcək seçkidə Borçalıda hansı namizədin çox səs toplayacağı ilə bağlı sualı cavablandıran F. Əliyevin fikrincə, Mixail Saakaşvili digərlərindən daha şanslıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR