Bank Of Baku

Milli Demokratiya İnstitutunun Bakı ofisinin meneceri AMİP rəhbərliyi ilə görüşüb

Milli Demokratiya İnstitutunun Bakı ofisinin meneceri AMİP rəhbərliyi ilə görüşüb
# 19 dekabr 2007 11:34 (UTC +04:00)
Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin meneceri Aida Syunduyeva bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi ilə görüş keçirib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, görüşdə MDİ-nin Polşada keçirdiyi təlimlərə AMİP-in dəvət edilməməsinin səbəbləri müzakirə edilib. A. Syunduyeva bildirib ki, MDİ AMİP-lə əməkdaşlıq etməkdə maraqlıdır. Lakin sözügedən təlimlərdə iştirak edəcək partiyaların siyahısı institutun mərkəzi ofisində müəyyənləşib. O, təlimlərə az partiyanın dəvət edilməsinin maliyyə məsələsi ilə bağlı olduğunu qeyd edib: “Biz təəccübləndirən odur ki, AMİP bu tədbirdən kənarda qalıb və bu məsələyə aydınlıq gətirilməsini istədik. Mən hesab edirəm ki, MDİ üçün maliyyə probleminin olması inandırıcı deyil. Təşkilat nümayəndəsinin verdiyi izahlar bizi qane etməsə də, onlarla əməkdaşlıqda maraqlı olduğumuzdan hesab edirik ki, bunu davam etdirməliyik. Ona görə də əməkdaşlığı dayandırmadıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR