Bank Of Baku

Sərdar Cəlaloğlu: “ADP-nin seçkilərdə Müsavatın namizədini dəstəkləməsi qeyri-mümkündür”

Sərdar Cəlaloğlu: “ADP-nin seçkilərdə Müsavatın namizədini dəstəkləməsi qeyri-mümkündür”
# 19 fevral 2008 15:45 (UTC +04:00)
Bakı. Fərid Əkbərov-APA. “2003-cü il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası İsa Qəmbərin namizədliyini müdafiə edibsə, 2008-ci ildə də bunun təkrar olunması mümkündür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, bu seçkilərdə istənilən halda müxalifətdən bir neçə namizəd olacaq: “Lakin biz düşünürük ki, Azərbaycanın narazı elektoratını bir namizədin, yəni İsa Qəmbərin ətrafında birləşdirmək mümkün olacaq”.
ADP sədri Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, ADP-nin seçkilərdə Müsavatın namizədini dəstəkləməsi qeyri-mümkündür. Onun sözlərinə görə, 2008-ci il prezident seçkilərində ADP Müsavatın maraqları naminə öz qərarından imtina edən deyil: “Biz gözləyirik ki, Müsavat Partiyası 2003-cü ildə bizim atdığımız addımı təkrarlayacaq, yəni prezident seçkilərində ADP-nin namizədini dəstəkləyəcək. Əgər bu addımı atsalar, siyasi güc olduqlarını sübut edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR