Bank Of Baku

Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək
# 20 fevral 2008 10:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, fondun prezidenti Ədalət Məhərrəmov bildirib ki, bu haqda qərar qurumun ümumi toplantısında qəbul edilib. O, fondun fəaliyyət istiqamətləri və əhatə dairəsi haqda da danışıb. Fondun vitse-prezidenti German Hüseynov deyib ki, İlham Əliyevin namizədliyi Qarabağ müharibəsi əlilləri, keçmiş döyüşçülər, şəhid ailələri və ziyalılar tərəfindən dəstəklənib. O, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı üçün gördüyü işləri də diqqətə çatdırıb: “Prezident İlham Əliyev Azərbaycanı irəli aparan, alternativi olmayan siyasi liderdir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin, Bakı-Axalkələk-Qars dəmir yolunun çəkilişi, Azərbaycanda 600 minə yaxın yeni iş yerinin açılması, müdafiə büdcəmizin 1 milyard 200 milyon manata çatdırılması, Milli Qəhrəman ailələrinə 600 manat aylıq təqaüdün müəyyən edilməsi və digər uğurlar prezident İlham Əliyevin yürütdü düzgün və məqsədyönlü siyasətin nəticəsidir”. G. Hüseynov əlavə edib ki, təşkilat Seçki Məcəlləsinə uyğun olaraq İlham Əliyevin namizədliyini seçki prosesində də dəstəkləmək haqda qərar qəbul edib. Tədbirdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, keçmiş döyüşçü Xudu Xuduyev və çıxış edənlər 1990-1993-cü illərdə ölkədə baş verən hadisələrdən və mövcud iqtidarın yürütdüyü uğurlu siyasətdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR