Bank Of Baku

Bakı Dövlət Universitetinin rektoru müxalifət partiyalarını prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb

Bakı Dövlət Universitetinin rektoru müxalifət partiyalarını prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb
# 20 fevral 2008 11:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Abel Məhərrəmov müxalifət partiyalarını bu ilin payızında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. APA-nın məlumatına görə, YAP-ın Yasamal rayon təşkilatının 15 illik yubileyində çıxış edən rektor bildirib ki, müxalifət seçkilərdə qalib gəlmək iqtidarında deyil. İlham Əliyevin seçkilərdə alternativsiz namizəd olacağını qeyd edən rektorun sözlərinə görə, seçkilərdə müxalifətin şansı olmayacaqsa, hazırkı prezidentin namizədliyini dəstəkləmək ən yaxşı seçim olardı: “Onsuz da biz öz seçimimizi etmişik. İlham Əliyev növbəti dəfə də prezident seçiləcək. Təbliğat aparatı yaxşı işləsə, müxalifət də bunu başa düşəcək və İlham Əliyevin rəhbərliyi ilə seçkilərə vahid namizədlə gedəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR