Bank Of Baku

VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirinin müşaviri ilə görüşüb

VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirinin müşaviri ilə görüşüb
# 20 fevral 2008 11:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Neysləndlə görüşüb. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki siyasi durum, Dağlıq Qarabağ problemi, qarşıdan gələn prezident seçkiləri, partiyanın bu seçkilərə münasibəti, Azərbaycanda insan haqlarının vəziyyəti, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi, Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı məsələlər müzakirə mövzusu olub. Həmçinin görüşdə, vətəndaş cəmiyyətinin qurulması və demokratik seçkilərə nail olmaq yönündə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi də aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR