Bank Of Baku

YAP Yasamal rayon təşkilatının yaranmasının 15 illiyi qeyd olunub

YAP Yasamal rayon təşkilatının yaranmasının 15 illiyi qeyd olunub
# 20 fevral 2008 12:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təsis olunmasının 15 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, Bakı Biznes Universitetində keçirilən tədbirdə rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək bu illər ərzində həyata keçirilən tədbirlər barədə danışıb. Onun sözlərinə görə, 500 nəfərlə təsis konfransını keçirmiş rayon təşkilatının bu gün 21 mindən çox üzvü var. YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzov Yasamal Rayon Təşkilatının partiyanın ən böyük təşkilatlarından olduğunu deyib. Onun sözlərinə görə, müxalifətdə olan partiyaların üzvlərinin sayı YAP-ın Yasamal təşkilatının üzvlərinin sayı qədər deyil: “Bu gün Yasamal rayon təşkilatının bir ilk özəyində 3000-ə qədər üzv var. Amma hər hansı başqa bir partiyanın bu qədər üzvü yoxdur. S. Novruzov bildirib ki, Azərbaycanın inkişafını görmək istəməyən dövlətlər var və onlar bu və ya digər şəkildə ölkədə qarşıdurma salmaq istəyəcəklər. Buna görə də o, YAP-ın hər bir üzvünü fəal olmağa çağırıb. Tədbirdə həmçinin, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, partiya fəalları çıxış ediblər. 15 il müddətində partiyanın fəaliyyətində xüsusi xidmətləri olan şəxslərə diplomlar, yeni üzvlərə isə partiya vəsiqələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR