Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetində müxalifətin dayaqları zəifdir”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetində müxalifətin dayaqları zəifdir”
# 20 fevral 2008 13:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bakı Dövlət Universitetində müxalifət partiyalarının güclü təşkilatları yoxdur. Olan dayaqları da getdikcə zəifləyir”. APA-nın məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və cəmiyyətin ayrı-ayrı hissələrində müxtəlif partiyaların yerli təşkilatlarının olması təbiidir: “Biz konstruktiv müxalifətin mövcudluğunun tərəfdarı olmuşuq, dünya ölkələrinin əksəriyyətində konstruktiv müxalifət təşkilatları var və biz də belə istəyirik. Amma reallıq budur ki, müxalifətin dayaq nöqtələri zəifdir. Yeni Azərbaycan Partiyası dinamik inkişafdadır, bunlar isə geriləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR