Bank Of Baku

Siyavuş Novruzov: ““91”-lərdən olan Ariz Abduləliyev və Əsədulla Qurbanov Yeni Azərbaycan Partiyasından 6 ay əvvəl çıxarılıblar”

Siyavuş Novruzov: ““91”-lərdən olan Ariz Abduləliyev və Əsədulla Qurbanov Yeni Azərbaycan Partiyasından 6 ay əvvəl çıxarılıblar”
# 20 fevral 2008 13:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, partiya Nizamnaməsini pozan hər bir şəxsin məsələsinə partiyanın ilk təşkilatında baxılır: “Əgər hər hansı şəxs partiya ilə əlaqəsini kəsibsə, üzvlük haqqını ödəmirsə, partiyanın siyasi xəttinə qarşı çıxırsa, təşkilatdan kənarlaşdırılır. Ariz Abduləliyev və Əsədulla Qurbanov partiyanın rəhbərliyində təmsil olunmayıblar. Ona görə də həmin şəxslərin məsələsində partiya rəhbərliyində yox, ilk təşkilatda baxılıb”. S. Novruzov YAP daxilində müxalifətin mövcud olması ilə bağlı fikirləri də təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR