Bank Of Baku

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı BQXK Bakı nümayəndəliyinin binası qarşısında aksiya keçirəcək

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı BQXK Bakı nümayəndəliyinin binası qarşısında aksiya keçirəcək
# 20 fevral 2008 13:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatı fevralın 26-da Xocalı faciəsinin 16-ci ildönümü ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin binası qarşısında aksiya keçirmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Gənclər təşkilatının sədri Zərif Bağırovanın APA-ya verdiyi məlumata görə, paytaxt meriyasına ünvanlanan məktubda 5 minə yaxın itkin düşən Azərbaycan vətəndaşından 800-dən çoxunun Ermənistanda və Dağlıq Qarabağda əsir və girovluqda saxlandığı qeyd olunub. Bəyanat müəllifləri əsir və girovların qaytarılması işi ilə məşğul olan BQXK-nın bu istiqamətdə fəaliyyətini pisləyib, qurumu ermənipərəstlikdə ittiham ediblər. Məktubda Xocalı soyqırımı zamanı 114 Azərbaycan vətəndaşının itkin düşdüyünün, şahid ifadələrinə görə, isə 69 nəfərin əsir və girov götürüldüyünün sübut olunduğu diqqətə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR