Bank Of Baku

Sem Braunbek: “ABŞ-ın siyasətində iqtisadiyyat və diplomatiyaya daha çox üstünlük veriləcək”

Sem Braunbek: “ABŞ-ın siyasətində iqtisadiyyat və diplomatiyaya daha çox üstünlük veriləcək”
# 20 fevral 2008 15:14 (UTC +04:00)
APA-nın məlumatına görə, terrorçuluqla mübarizədən danışan S. Braunbek ABŞ-ın PKK-nı terror təşkilatı kimi tanıdığını bildirib: “Biz bu cür təşkilatlara maliyyə axınını dayandırmaq üçün hər şeyi etməliyik. ABŞ-ın bu məsələdə mövqeyi aydındır - terrorçuluqla hər yerdə eyni cür mübarizə aparmaq lazımdır”. Senator ABŞ-ın terrorçuluğa qarşı olan bütün dövlətlərlə, o cümlədən PKK məsələsi ilə bağlı Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyini söyləyib. S. Braunbek Azərbaycanın yaxın qonşusu İranın terrorçu təşkilatlara sponsorluq etdiyini, bunun hamı üçün təhlükəli olduğunu vurğulayıb. ABŞ-ın xarici siyasətinə toxunan senator qeyd edib ki, bundan sonra Vaşinqtonun siyasətində iqtisadiyyat və diplomatiyaya daha çox üstünlük veriləcək. O razılaşıb ki, İraqdakı problemin həlli üçün hərbi deyil, siyasi qərarlar verilməlidir: “Bu məsələ siyasi yolla həll olunmalıdır, amma bu, böyük iş tələb edir”. ABŞ prezidentliyinə namizədlərdən kimin Azərbaycan üçün daha sərfəli olduğuna dair sualı cavablandıran S. Braunbek əvvəlcə zarafatyana “əlbəttə ki, mən” desə də, sonradan əlavə edib: “Mən Con Makkeynin güclü xarici siyasət yeridəcəyinə inanıram. Hesab edirəm ki, indiki namizədlərin içində xarici siyasətdə real təcrübəyə malik yeganə şəxs odur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR