Bank Of Baku

Azərbaycan və Liviya ikitərəfli hökumətlərarası komissiyanın işə başlaması haqqında razılıq əldə edib

Azərbaycan və Liviya ikitərəfli hökumətlərarası komissiyanın işə başlaması haqqında razılıq əldə edib
# 20 fevral 2008 15:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tripolidə səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Liviya xarici əlaqələr və beynəlxalq əməkdaşlıq məsələləri üzrə Ümumxalq Komitəsinin katibi (XİN) Əbdülrəhman Şelgemlə görüşüb. Naziri səfərdə müşayiət edən XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Liviya rəsmisi bu səfərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirib. E. Məmmədyarov dəvətə görə təşəkkürünü bildirib və Əbdülrəhman Şelgemi Azərbaycana dəvət edib. Tərəflər iki ölkə arasında münasibətlər, beynəlxalq və regional məsələləri müzakirə edib. E. Məmmədyarov Liviyanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi rolunu yüksək qiymətləndirib, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Tərəflər təhsil, neft, turizm, hərbi və təhlükəsizlik sahələrində münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, ikitərəfli hökumətlərarası komissiyanın işə başlaması haqqında razılıq əldə ediblər.
Nazirin görüşləri sabah davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR