Bank Of Baku

Tomas Hammarberq: “Azərbaycanda insan haqlarının vəziyyətinin daha da yaxşılaşdırılması üçün 30-a qədər təklif irəli sürmüşəm” - EKSKLÜZİV

Tomas Hammarberq: “Azərbaycanda insan haqlarının vəziyyətinin daha da yaxşılaşdırılması üçün 30-a qədər təklif irəli sürmüşəm” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 20 fevral 2008 16:23 (UTC +04:00)
- Avropa Şurası Nazirlər Komitəsi qarşısında Azərbaycanla bağlı hesabatla çıxış etməzdən əvvəl siz bu sənədi Azərbaycan hökumətinə də göndərmişdiniz. Hökumətin hesabata hər hansı düzəlişi oldumu?
- Bəli, texniki xarakterli bəzi düzəlişlər etdilər. Biz hesabatın ilkin variantını ciddi düzəlişlərin edilməsi yox, bəzi texniki məqamların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan hökumətinə göndərmişdik.
- Siz işgəncələrin qarşısının alınması üçün xüsusi müstəqil təsisatların yaradılması təşəbbüsü ilə çıxış etmisiniz. Azərbaycana səfəriniz zamanı bu məsələ müzakirə olunubmu?
- Əlbəttə. Ötən ilin sentyabrında Bakıda olarkən bu məsələni də qeyd etmişdim. Demək olar ki, bütün ölkələrdə vətəndaşların polis zorakılığına məruz qalması faktlarına rast gəlinir. Hesab edirəm ki, buna son qoyulmalıdır. Mən hələ də Azərbaycandan məlumatlar alıram ki, polis insanlarla bəzən sərt davranır və zorakılıq aktları törədir. Ona görə də Azərbaycan hökuməti ilə dialoqumda bu məsələni qaldırdım və ümid edirəm ki, mövqeyim eşidiləcək.
- Digər bölgə ölkələri ilə müqayisədə Azərbaycanda insan haqları sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
- Mən bu cür müqayisələr aparmağı xoşlamıram, çünki hər ölkədə vəziyyət özünəməxsus və unikaldır. Məsələn, sizin ölkənizdə müharibə baş verib və münaqişə hələ də həll olunmayıb. Bu, artıq başqa bir situasiyadır və digərləri ilə müqayisə edilə bilməz. Təbii ki, belə şəraitdə insan haqları pozuntuları baş verir. Sizin ölkənizdə demokratik hüquq və azadlıqların təmin olunması məsələsində də xüsusi vəziyyət yaranıb. Bu sahədə müəyyən inkişaf nəzərə çarpsa da, problemlər də var. Mən hesab edirəm ki, Qafqazda və ümumən keçmiş SSRİ-də insan haqlarının təminatı sahəsində ciddi problemlər qalır. Bu sırada ədalətli məhkəmə, polisin kütləvi aksiyalar zamanı insanlarla davranışı, həbsxanalarda məhkumlara münasibət və digər məsələləri qeyd etmək olar.
- Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün hər hansı təkliflə çıxış etmisinizmi?
- Bəli, 30-a yaxın təklif irəli sürülüb. Mən ümid edirəm ki, bu təkliflər Azərbaycan hökuməti tərəfindən diqqətə alınacaq. Azərbaycanda insan haqları ilə bağlı Milli Fəaliyyət Planı var və çox ümid edirəm ki, bu planın həyata keçirilməsi zamanı mənim təkliflərim də nəzərə alınacaq. Mən Azərbaycanda insan haqları ilə bağlı inkişafa çox ümid edirəm, çünki bu, ölkənin ümumi inkişafı üçün önəmlidir.
- Azərbaycanda tövsiyələrinizin necə yerinə yetirildiyini izləyəcəksinizmi?
- Təbii ki, izləyəcəyəm. Azərbaycan mənim nəzər-diqqətimdə olub və bundan sonra da olacaq. Ölkədə baş verən prosesləri izləməyə davam edirəm. Mən tövsiyələrimin yerinə yetirilməsi istiqamətində hər hansı addımların atılıb-atılmadığını aydınlaşdırmaq üçün may ayının ortalarında yenidən Azərbaycan səfər etməyi, hökumətin, vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşməyi planlaşdırıram. Azərbaycanda prezident seçkiləri öncəsi yaranmış vəziyyəti müşahidə etmək də maraqlı olacaq. Tövsiyələrim nəzərə alınmasa, nə olacağını söyləmək hələ tezdir. Əvvəlcə ölkədə olub, ümumi vəziyyəti qiymətləndirmək lazımdır.
- Hazırda Azərbaycanda mövcud olan seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmək üçün ölkəyə AŞ PA-nın xüsusi missiyası gələcək. Mənə məlum olduğuna görə, insan haqlarının təmin olunması sahəsində müəyyən inkişaf var. Ümid edirəm ki, seçki ərəfəsində insan haqlarının təmin olunması məsələsi unudulmayacaq. Çünki bu məsələ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün həlledici olacaq.
- Kosovonun öz müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına nə dərəcədə uyğundur?
- Sizin də bildiyinizi kimi, bu məsələyə iki baxış var. Bir tərəf müstəqilliyin birtərəfli qaydada elan olunmasını hüquqi akt saysa da, digərləri bunun digər ərazilər üçün qarşısıalınmaz presedent olacağını bildirir. Mən yaxın gələcəkdə Kosovoya gedib, orada insan haqlarına necə riayət olunduğunu qiymətləndirmək fikrindəyəm. Mən hesab edirəm ki, onların hüquqlarına diqqətlə yanaşılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR