Bank Of Baku

Türkiyədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçiriləcək

Türkiyədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçiriləcək
# 21 fevral 2008 08:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimovun APA-ya verdiyi məlumata görə, səfirliyin Heydər Əliyev Fondu ilə birgə keçirəcəyi tədbirlərə fevralın 25-də start veriləcək. Həmin gün Ankarada Xocalı faciəsinə həsr olunmuş abidənin önünə əklil qoyulacaq, Quran oxunacaq. Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatları, media nümayəndələri iştirak edəcəklər. Həmin gün Türkiyə Dünyası Qadınlar, Dostluq və Həmrəyliyi Dərnəyi ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş 300-400 nəfərin iştirakı ilə konfrans keçirilməsi nəzərdə tutulur. Konfransda səfir Zakir Həşimov, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Dostluq Qrupunun başqanı Mustafa Kabakcı və digərləri çıxış edəcəklər. Konfrans çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr olunmuş kitablar, jurnallar sərgilənəcək, film nümayiş olunacaq, Ankarada təhsil alan tələbələrin hazırladığı səhnəcik göstəriləcək. Fevralın 26-da isə səfirliyin təşəbbüsü ilə Türkiyənin bir çox televiziya kanallarında Xocalı faciəsindən bəhs edən filmlərin nümayişi, radio verilişlərin səslənməsi, qəzetlərdə məqalələr çap olunması nəzərdə tutulub. Türkiyə Böyük Millət Məclisində də Xocalı faciəsinin ildönümünə həsr olunmuş xüsusi dinləmələrin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR