Bank Of Baku

Sabah Moskvada Rusiya və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçiriləcək

Sabah Moskvada Rusiya və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçiriləcək
# 21 fevral 2008 08:51 (UTC +04:00)
Prezidentlərin ötən ilin oktyabrında Düşənbədə keçirilən MDB dövlət başçıları sammitinin nəticələrini, qurumun perspektivlərini, MDB-nin inkişafı və yenidən qurulması imkanlarını, fəaliyyətdəki boşluqların aradan qaldırılması məsələlərini müzakirə edəcəklər. Dövlət başçılarının həmçinin Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi məsələsini də müzakirə edəcəyi gözlənilir. Rusiya prezidentinin bu məsələlərlə əlaqədar digər dövlət başçıları, o cümlədən İlham Əliyevlə ikitərəfli görüşləri planlaşdırılır. Azərbaycan prezidentinin qeyri-formal sammit çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Qırğızıstan prezidenti Kurmanbek Bakiyevlə görüşü nəzərdə tutulub. Görüşlərdə adı çəkilən dövlət başçılarının Azərbaycana planlaşdırılan səfərləri ətrafında müzakirələr aparılacaq. Qeyri-formal sammitdə maraqlı görüşlərdən biri Rusiya və Gürcüstan prezidentləri arasında keçiriləcək. Vladimir Putin və Mixail Saakaşvili ölkələr arasında mövcud olan problemlərin aradan qaldırılması yolları ərtafında fikir mübadiləsi aparacaqlar. Tacikistan prezidenti Emomali Raxmon isə iştirakçılara soyuq havaların ölkə iqtisadiyyatına vurduğu genişmiqyaslı ziyan barədə məlumat verəcək.
Qeyd edək ki, Azərbaycan, Tacikistan və Gürcüstan prezidentləri artıq Moskvadadır. Bu gün isə Belarus, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Türkmənistan və Moldova prezidentləri Rusiya paytaxtına gələcəklər. Qeyd edək ki, Moskvada qeyri-formal sammitin keçirilməsi ideyası hələ MDB dövlət başçılarının Düşənbə sammitində səsləndirilib. O zaman bu sammitin may ayında keçirilməsi nəzərdə tutulsa da, Vladimir Putinin prezident səlahiyyətlərinin bitməsi səbəbilə görüşün vaxtı fevralın 22-nə dəyişdirilib. Qeyri-formal sammitdə prezident Putin öz siyasi varisi olan Dmitri Medvedevi MDB dövlət başçılarına təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR