Bank Of Baku

Varşavada GUAM+Polşa formatında görüş keçirilir

Varşavada GUAM+Polşa formatında görüş keçirilir
# 21 fevral 2008 09:27 (UTC +04:00)
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Petr Paşkovski APA-ya bildirib ki, görüşdə iki tərəf arasında siyasi-iqtisadi əməkdaşlıq, GUAM ölkələrində iqtisadi inkişaf, Avropa Qonşuluq Siyasəti çərçivəsində GUAM-la Avropa Birliyi arasında əməkdaşlıq, AB-yə inteqrasiya məsələləri müzakirə olunur. P. Paşkovski deyib ki, Kosovonun müstəqilliyini elan etməsi və bu faktın presedent təşkil edib-etməyəcəyi məsələsi gündəmdə olmasa da, müzakirə oluna bilər. Görüşün yekunları əsasında birgə kommünike imzalanacaq.
Qeyd edək ki, toplantıda Azərbaycanı XİN-in Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin rəisi Tofiq Musayev təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR