Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Prezident seçkilərinin demokratik keçirilməsi üçün müxalifət və iqtidarın əməkdaşlığına ehtiyac var”

Mirmahmud Mirəlioğlu: “Prezident seçkilərinin demokratik keçirilməsi üçün müxalifət və iqtidarın əməkdaşlığına ehtiyac var”
# 21 fevral 2008 11:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. “Prezident seçkilərinin demokratik keçirilməsi üçün müxalifət və iqtidar partiyalarının əməkdaşlığına ehtiyac var. Demokratik Seçki Mərkəzi qurumun Əsasnaməsində bu məqamı qeyd etməklə, siyasi düşərgədə ilk addımı atıb”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. M. Mirəlioğlu bu məsələnin müxalifət partiyaları arasında fikir ayrılığı yaratmayacağına ümid etdiyini söyləyib: “Demokratik Seçki Mərkəzi hamını əməkdaşlığa dəvət edir. Belə olarsa, beynəlxalq təşkilatların seçki ilə bağlı fikirlərinə də ehtiyac qalmaz”. O, qərarın müxalifət düşərgəsində necə qarşılanacağından narahat olmadığını vurğulayıb: “Sonda hər kəs bizim fikirlərimizi dəstəkləyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR