Bank Of Baku

Elmar Məmmədyarov Liviyanın baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Liviyanın baş naziri ilə görüşüb
# 21 fevral 2008 11:47 (UTC +04:00)
Naziri səfərdə müşayiət edən XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə təhsil, səhiyyə, turizm sahələrində əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi qeyd olunub. Bundan başqa, tərəflər qarşılıqlı investisiyalar üçün imkanların araşdırılması haqqında razılıq əldə edib, ikiqat vergiqoymanın aradan qaldırılması və investisiyaların təşviqi haqqında sazişlərin imzalanmasının tezləşdirilməsinin zəruriliyi vurğulanıb. Danışıqlarda ikitərəfli hökumətlərarası komissiyanın işinin tez bir zamanda işə başlaması barəsində razılıq əldə edilib. E. Məmmədyarov bu gün həmçinin Liviya Milli Neft Şirkəti Xalq Komitəsinin sədri Şükri Məhəmməd Ghanim ilə görüşüb, Azərbaycanın enerji potensialı, mövcud layihələr haqqında məlumat verib. Görüşdə iştirak edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev həyata keçirilən layihələr, Azərbaycanın neft və qaz sənayesinin imkanları haqqında danışıb. Azərbaycan mütəxəssislərinin bir sıra ölkələrin enerji sənayesinə töhfələr verdiyini deyən R. Abdullayev xatırladıb ki, SSRİ dövrində Azərbaycan bu sahədə Liviya ilə də geniş əməkdaşlıq edib. O, Liviyanın enerji sektorunda iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR